Dərc edilib: 19-06-2025

https://www.nuh.az/41943-.html

Prezident BP şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)

19.06.2025 11:20:21

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib.
Qaynarinfo xəbər verir ki, söhbət zamanı uzun illərdir Azərbaycanla BP arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb.
Ölkədə enerji resurslarından əldə olunan gəlirlərin səmərəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirildiyi qeyd edilib.
Bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna toxunulub, ölkədə karbohidrogen enerji resursları ilə bərabər bərpaolunan enerji mənbələrinin də böyük potensialının olduğu vurğulanıb. Bu xüsusda BP şirkətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olunub.
Görüşdə SOCAR ilə BP arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident BP şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)

 

Prezident BP şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)

NUH informasiya agentliyi səhifəsindən çap edilib