Dərc edilib: 19-06-2025

https://www.nuh.az/41948-.html

Quru sərhədlərin bağlanmasının əsas səbəbi əhalinin sağlamlıq üzrə təhlükəsizliyinin təmin olunmasıdır

19.06.2025 22:16:20

Müsahibə
Artıq bir neçə ildir ki, Azərbaycanın qurur sərhədləri bağlıdır. Ölkəyə daxil olmaq istəyən turistlər və ölkə vətəndaşları hava yolundan istifadə edərək, bu addımı reallaşdıra bilir. Quru sərhədlərinin bağlı qalması zaman-zaman narazılıqlara səbəb olsa da, bu proesin çox dərin səbəbləri var. Və hərbir vətəndaş verilən bu qərarla razılaşmalıdır...

 

Milli Məclisin deputatı Azər Allahverənov    Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, quru sərhədlərin bağlanması məsələsi ilə pandemiya dönəmində qarşılaşdıq və bunun da başlıca səbəbi əhalinin təhlükəsizliyinin təmin olunması idi.

 

Azər Allahverənov Azər Allahverənov

 

“Həmin dövrdə bir çox dövlətlər quru sərhədlərini bağladı. Bu qərar pandemiyanın qarşısının alınması üçün çox vacib üsullardan biri kimi dəyərləndirildi. Düzdür, bəzi dövlətlər sərhədlərini bağlamasalar belə, onlar sonrakı mərhələdə pandemiyanın çox böyük dalğasına məruz qaldılar. Nəhəng dövlətlər o problemin faciəvi tərəflərini və yaxud onun ayrı-ayrı ölkənin əhali sayına təsiri aspektləri, ölkənin əhalisinin səhhətinə hər hansı bir formada təsirini dəyərləndirmədi. Məsələn, bizə qonşu olan dövlət Rusiya Federasiyasının 140 milyondan çox əhalisi var. Rusiya quru sərhədlərini bağlamadı. Böyük dövlətlərin belə bir üsula əl atması, elə də qəbul olunmadı. Amma nisbətən əhalisi az olan və ərazisinə görə kiçik olan dövlətlər, Azərbaycan da daxil olmaqla mütləq buna getməli idi. Ölkə əhalisinin sağlamlığının qorunması hökümətin başlıca məqsədlərindən birinə çevrildi. Bunun üçün də zəruri tədbirlər görüldü. Quru sərhədləri bağlandı. Bu da uzun müddət çəkən bir proses oldu və nəticə etibarilə bu hal özünü doğrultdu. Ölkəyə daxil olan miqrant axınlarının düzgün idarə olunması, vaksinlərin vurulması, onun yoxlanılma prosesi və digər proseslər Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində çox yüksək səviyyədə təmin edildi. Nəticə etibarilə ölkə əhalisinin sağlamlığının qorunması üçün çox əlverişli bir mühit yaradıldı. Bu gün hələ karantin rejimi mövcuddur. Çünki yeni pandemiya dalğasısının olacağı barədə müəyyən fikirlər irəli sürülür. Problem bütövlükdə gündəmdən çıxmayıb və bu səbəbdən də quru sərhədlərin hələ 2025-ci ilin iyul ayının birinə qədər bağlı olması barədə qərar qüvvədədir”-deyə Azər Allahverənov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

NUH informasiya agentliyi səhifəsindən çap edilib