Dərc edilib: 20-06-2025

https://www.nuh.az/41961-.html

SON DƏQİQƏ! Xameneinin bunkeri yenidən vuruldu

20.06.2025 12:21:58

LIVE

Tehranda yerləşən və ali rəhbər Əli Xameneinin sığınacağının ola biləcəyi əraziyə növbəti dəfə zərbə endirilib.

Musavat.com xəbər verir ki bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Yerli sakinlərin verdiyi məlumata əsasən, bölgədə güclü partlayış səsləri eşidilib. Hadisənin detalları və nəticələri barədə hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, sözügedən ərazi bundan əvvəl – iyunun 18-də də hədəfə alınmışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib