Dərc edilib: 21-06-2025

https://www.nuh.az/41972-.html

Deputat Azər Allahverənov Zabrat qəsəbəsində vətəndaş qəbulu keçirib

21.06.2025 01:33:50

Hadisə

Milli Məclisin deputatı Azər Allahverənov Zabrat qəsəbəsində vətəndaş qəbulu keçirib
Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Zabrat qəsəbəsində növbəti dəfə vətəndaş qəbulu keçirib.
Zabrat Bələdiyyəsinin inzibati binasında təşkil olunan qəbul zamanı qəsəbənin ümumi vəziyyəti, sakinlərin gündəlik həyatına təsir edən problemlər – infrastruktur, məşğulluq imkanları, sosial rifah və hüquqi dəstəyə olan ehtiyaclar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Deputat Azər Allahverənov Zabrat Bələdiyyəsinin məsul şəxsləri ilə birgə səsləndirilən müraciət və təklifləri diqqətlə dinləyib, qaldırılan məsələlərin operativ şəkildə həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.  NUH.az
Bir 2 nəfər və Oval kabinet şəkili ola bilər
Bir 2 nəfər və Oval kabinet şəkili ola bilər
Bir 3 nəfər və Oval kabinet şəkili ola bilər

NUH informasiya agentliyi səhifəsindən çap edilib