Dərc edilib: 22-06-2025

https://www.nuh.az/41992-.html

Hazırda İran şahının oğlu ABŞ Konqresinin üzvləri ilə MÜZAKİRƏ EDİR...

22.06.2025 09:08:41

LIVE

İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi artıq ABŞ Konqresinin üzvləri ilə görüşlər keçirir və İranda hakimiyyət dəyişikliyi olacağı təqdirdə keçid dövrünün planını müzakirə edir.
 
Bu barədə "Fox News" telekanalı məlumat yayıb.
 
Məlumata görə, müzakirələr İranın Ali lideri Ayətullah Əli Xameneinin hakimiyyətdən mümkün gedişindən sonrakı ssenarilərə aiddir.
 
"Fox News" vurğulayır ki, İran üçün münaqişədən sonrakı planlaşdırma artıq aparılır və bu, vəziyyəti ABŞ-nin keçmiş xarici siyasət əməliyyatlarından fərqləndirir.
 
Qeyd edək ki, Rza Pəhləvi 1960-cı ildə Tehranda anadan olub, 1967-ci ildə vəliəhd titulunu alıb və atası Məhəmməd Rza Pəhləvinin ölümündən sonra taxta çıxmalı idi. Lakin 1979-cu il İslam İnqilabı nəticəsində İranda monarxiya devrilib və sonuncu şahın ailəsi varisi ilə birlikdə ölkəni tərk etməyə məcbur olub. Vəliəhd hazırda ABŞ-də yaşayır və iranlı siyasi mühacirlər tərəfindən yaradılmış İran Milli Şurasına rəhbərlik edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib