Dərc edilib: 22-06-2025

https://www.nuh.az/42004-.html

Qarpız sevənlərə 4 XƏBƏRDARLIQ – Mütləq OXUYUN

22.06.2025 20:33:37

LIVE

Qarpız yay süfrələrinin əvəzolunmazıdır. Həm susuzluğu yatırır, həm də xoş ovqat yaradır. Amma yetişməmiş qarpız bu zövqü korlaya bilər. 

Musavat.com Türkiyə mətbuatına istinadla tam yetişmiş və ləzzətli qarpız seçməyin sirlərindən bəzilərini təqdim edir:

Böyüklüyünə deyil, çəkisinə fikir verin

Əgər bir qarpız öz ölçüsünə görə daha ağırdırsa, bu, onun həm sulu, həm də şirin olduğuna işarədir. Belə qarpızları seçmək daha məqsədəuyğundur.

Sapın rənginə baxın

Əgər sapı saralmışdırsa, bu, qarpızın tam yetişdiyini göstərir. Əksinə, sapı hələ də yaşıl və təravətlidirsə, bu, qarpızın hələ tam yetişmədiyini göstərir.

Sapının tamamilə quruduğundan əmin olun

Sapı tam qurumuş qarpız daha şirin olur.

Qabığındakı çatlara diqqət edin

Qarpızın qabığında nazik, hörümçək toruna bənzər çatlar varsa, bu, onun həm sulu, həm də ləzzətli olduğuna işarədir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib