İsrail qırıcıları Tehran və İranın qərbinə 30 bomba atıblar
İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20 qırıcı Tehran və İranın qərbindəki “hərbi” hədəflərə 30 bomba atıb.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, xüsusilə qırıcı təyyarələr İsrail dövlətinin ərazisinə zərbələr endirmək üçün nəzərdə tutulan raketlərin saxlanması və buraxılması üçün infrastruktura, həmçinin İranın qərbindəki Kirmanşah və Medandakı hərbi radar stansiyalarına hücum edib.
Bundan başqa, Tehranın mərkəzində zenit raketləri üçün buraxılış qurğusu da hədəf olub.