Dərc edilib: 24-06-2025

https://www.nuh.az/42017-.html

İran atəşkəsə RAZILAŞDI – ABŞ və Qətərin vasitəçiliyi nəticə verdi

24.06.2025 08:22:29

LIVE

Reuters agentliyi yüksək vəzifəli İran rəsmisinə istinadən bildirib: İran, ABŞ-ın Qətər vasitəsilə irəli sürdüyü atəşkəs təklifini qəbul edib.

Məlumata görə, bu razılaşma İsrail ilə İran arasında son günlər baş verən silahlı toqquşmaların dayandırılması məqsədi daşıyır və regionda gərginliyin azaldılması üçün mühüm diplomatik addım kimi dəyərləndirilir.

Rəsmi qeyd edib ki, atəşkəs şərtləri ABŞ tərəfindən Qətər vasitəsilə Tehrana ötürülüb və İran tərəfi həmin təklifi qəbul edib.Musavat.com

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib