Dərc edilib: 24-06-2025

https://www.nuh.az/42021-.html

Şəmşad Ağanın həbs müddəti uzadıldı

24.06.2025 21:47:47

Hadisə

“Meydan TV işi” üzrə saxlanılan “Arqument.az” saytının rəhbəri Şəmşad Ağanın həbs müddəti uzadılıb.

Bu barədə qərar Xətai Rayon Məhkəməsində keçirilən prosesdə verilib.

Qərara əsasən, onun həbs müddəti sentyabr ayının 5-nə qədər uzadılıb.

Qeyd edək ki, Şəmşad Ağa qaçaqmalçılıqda ittiham olunur.

Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb.

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

Daha sonra Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində həbs qətimkan tədbiri seçilib.**"Report"

NUH informasiya agentliyi səhifəsindən çap edilib