Dərc edilib: 24-06-2025

https://www.nuh.az/42023-.html

Prezident Mingəçevirdə Çin şirkətinin rəhbərini qəbul etdi

24.06.2025 23:53:06

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədri Çen Qianqı qəbul edib.

Musavat.com xəbər verir ki, görüşdə “Dongfang Electric İnternational Corporation” şirkətinin “8 Noyabr” Elektrik Stansiyasının inşasında iştirakının roluna toxunulub, Azərbaycanla Çinin bu şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib