Dərc edilib: 27-06-2025

https://www.nuh.az/42054-.html

Biz Xameneini öldürmək istəyirdik - İsrail rəsmisi

27.06.2025 10:26:18

LIVE

İsrail İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneini öldürmək istəyib.

“Qafqazinfo” xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz “Channel 13”ə müsahibəsində bildirib.

“Əgər o, gözümüzün qabağında olsaydı, onu aradan qaldırardıq. Biz Xameneini öldürmək istəyirdik, lakin əməliyyat imkanları olmadı”, - nazir bildirib.

İsrailin belə bir addım üçün ABŞ-dən razılıq alıb-almaması ilə bağlı suala Katz, “Bizim bunlar üçün icazəyə ehtiyacımız yoxdur”, - cavabını verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib