Dərc edilib: 27-06-2025

https://www.nuh.az/42062-.html

İranın İrəvandakı səfiri: -Qərbi Azərbaycan- ifadəsi bizi qıcıqlandırır!

27.06.2025 17:23:22

LIVE

İran Ermənistanın ərazi bütövlüyü və suverenliyinə yönəlmiş istənilən iddianı qətiyyətlə rədd edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında İranın Ermənistandakı səfiri Mehdi Sobhani danışıb.

İran səfiri əsassız və hədsiz ittihamlar yönəltməyi unutmayıb.

Bundan başqa, Sobhani İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnaməyə qarşı çıxıb.

“Bir ölkənin digər ölkəyə qarşı ərazi iddialarını əks etdirə biləcək “yalan və saxta ifadələr” bizim üçün qəbuledilməzdir. Bu cür “uydurma və yanlış terminlərin” (İran səfiri qətnaməni bu cür təsvir edib - red.) istifadəsi regionda dinc birgəyaşayışa və mehriban qonşuluğa ziddir. Ona görə də bu tip ifadələrdən çəkinmək lazımdır. “Qərbi Azərbaycan” – İran İslam Respublikasının bir əyalətinin adıdır. Bu adın başqa bir coğrafi bölgəyə, xüsusilə də hər hansı formada ərazi iddialarını ehtiva edəcək şəkildə tətbiqi yolverilməzdir”, - deyə iranlı diplomat bildirib.

Onun sözlərinə görə, İranın Ermənistana münasibətdə mövqeyi dəyişməz olaraq qalır: İran İslam Respublikası Ermənistanın ərazi bütövlüyünü və milli suverenliyini dəstəkləyir.

“Biz tövsiyə edirik ki, bu cür özfəaliyyət xarakterli “tarixi iddialar” regionda sülhün bərqərar olmasına mane olmasın”, - deyə səfir əlavə edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib