Dərc edilib: 27-06-2025

https://www.nuh.az/42065-.html

Putin Trampı təriflədi: “Kişi adamdır, çətin yol keçib, ona böyük hörmətim var

27.06.2025 22:48:45

LIVE

Vladimir Putin ABŞ prezidenti Donald Tramp barədə yüksək fikirlər söyləyib.

Musavat.com xəbər verir ki, bu fikirlər bu gün keçirilən mətbuat konfransı zamanı səsləndirilib.

Putin çıxışında Trampın siyasi iradəsinə və şəxsiyyətinə xüsusi vurğu edərək bildirib:

“O, Ağ Evə qayıtmaq üçün çox çətin bir yol keçib. Dəfələrlə sui-qəsdlərə məruz qalıb, amma bütün bunların öhdəsindən gəlib. Kişi adamdır. Ona böyük hörmətim var”.

Rusiya lideri əlavə edib ki, Trampla görüşə hər zaman hazırdır, sadəcə uyğun məqam gözlənilir:

“Biz Trampla görüşməyə hazırıq. Uyğun vaxt və şərait yaranarsa, bu görüş baş tuta bilər”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib