Dərc edilib: 28-06-2025

https://www.nuh.az/42066-.html

OMON bu gün Rusiyada iki qardaşımı da öldürdü, – Seyfəddin Hüseynli

28.06.2025 00:06:49

LIVE

Rusiyada azərbaycanlı qardaşlar öldürüldü – OMON-un basqını faciə ilə nəticələndi

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı keçirilmiş xüsusi əməliyyat faciə ilə nəticələnib.

Hadisə barədə məlumatı tanınmış ədəbiyyatşünas Seyfəddin Hüseynli APA-ya açıqlamasında təsdiqləyib.

Onun sözlərinə görə, qardaşları Ziyəddin və Hüseyn Səfərovlar bu gün Rusiya hüquq-mühafizə orqanlarının xüsusi təyinatlı dəstələri – OMON tərəfindən hədəfə alınıblar.

“OMON dəstələri bu gün Rusiyada iki qardaşımı da öldürüblər,” – deyə Seyfəddin Hüseynli bildirib.

Əldə edilən məlumata görə, Ziyəddin Mehdi oğlu Səfərov polis tərəfindən saxlanılarkən işgəncə ilə qətlə yetirilib. Onun digər qardaşı – Hüseyn Səfərov isə naməlum istiqamətə aparılıb və onun taleyi ilə bağlı dəqiq məlumat hələlik yoxdur.

Hazırda məsələ ilə bağlı Azərbaycan ictimaiyyətində ciddi narahatlıq mövcuddur. Hadisənin təfərrüatları və hüquqi qiymət verilməsi üçün rəsmi qurumlardan açıqlama gözlənilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib