Dərc edilib: 28-06-2025

https://www.nuh.az/42071-.html

MONQOL OLMAQ İSTƏYİRƏM....- Bəsti İsmayıl

28.06.2025 10:53:19

Reportaj
Bir zamanlar dünyaya meydan oxuyan dördəmə atlarla dünyani geşt eləyən Qızıl Orda ..Qızıl Alma ..Çingiz ,Batı..olmaq ..daha sonra beləcə dünyanın bir küncünə sığınıb qalmaq və sakit -səssiz malımı otarmaq istəyirəm ...
 Bu canavar kimi igid millət sanki heç olmayıbmış kimi keçinib gedirlər..Arada sovet hökuməti bunların da könlünu aldı ..Bir kosmonavt da qayırıb uçurdu göyə..Juqderdemidiyin Qurraqça...Heç lazım da deyilmiş..Millətləri rahat buraxın yetər ..
Bəli, atılıb bir küncə atımı otarmaq istəyirəm.. Sərsəmcə idarə olunan dövlətlərdənsə at yaxşıdır..Heç bir ölkəyə sığınmadan qulağıdinc yaşa ..
Daha atın qabağına ət ,itin qabağına ot qoyub yaşayanlardan olma ..At ol ,ayı olma ..Bizim camaatın bir deyimi var Ayı qandı , filankəs qanmadı ..Dünya qalıb medved əlində ..Deyir ,hamı arada ağzıma qənd qoysun ki ,mən də oyunumu oynayım ..Demək , özü ətəyindən alışıb ,,deyir İran və İsrail arasında razılaşma edə bilərəm ..Adam başını divara vurmaq istəyir ..Ya da mənim kimi monqol olmaq istəyir ..

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib