Dərc edilib: 29-06-2025

https://www.nuh.az/42077-.html

Cümşüd tanınmış şirkətin əməkdaşı imiş - FOTO

29.06.2025 01:38:58

LIVE

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün meyiti tapılıb.

Onun işlədiyi SAB şirkəti sosial şəbəkə hesabında paylaşım edərək, Cümşüdün nümunəvi və məsuliyyəti əməkdaş olduğunu qeyd edib:

“Dərin hüznlə bildiririk ki, əməkdaşımız Cümşüd Cümşüdlü faciəvi şəkildə vəfat edib.

Onun vaxtsız itkisi bizi dərindən sarsıtdı. Hər zaman səmimiyyəti, məsuliyyəti və insanlığı ilə seçilən Cümşüd yaddaşımızda daim yaşayacaq.

Allah rəhmət eləsin, ruhu şad olsun”.   (Qafqazinfo)

 

Bir 1 nəfər və mətn şəkili ola bilər

NUH informasiya agentliyi səhifəsindən çap edilib