Ruslar Ukraynaya qarşı döyüşmək istəmirlər – daha bir hərbi çağırış məntəqəsində yanğın...
Ukrayna ilə müharibə fonunda Rusiyada hərbi xidmətə getmək istəməyənlərin sayı sürətlə artır.
Teleqraf xəbər verir ki, son zamanlar federasiyada əsgəri xidmətə getmək istəməyənlər etiraz aktı kimi hərbi çağırış məntəqəsini yandırırlar.
İyunun 29-da Amur vilayətində hərbi komissarlığın binasını yandırmağa cəhd edən şəxs saxlanılıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional bölməsinin mətbuat xidmətindən yaydığı məlumata görə, onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Şübhəli şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 1-ci hissəsi (terror aktı) ilə cinayət işi açılıb. Bu maddə 20 ilə qədər həbs cəzasını nəzərdə tutur.