Dərc edilib: 30-06-2025

https://www.nuh.az/42119-.html

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30.06.2025 17:46:58

LIVE

Gününsesi.info”nun yaydığı məlumata görə, Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi, general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad olunub. Məlumatda bildirilir ki, o, Prezidentin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 74 yaşlı Bəylər Eyyubov uzun illərdir dövlət təhlükəsizlik sistemində yüksək vəzifələrdə çalışır. O, 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi – Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini olub. 16 mart 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə PTX-nin rəisi təyin edilmişdi. Bəylər Eyyubov xidmətlərinə görə “Şərəf”, “Azərbaycan bayrağı”, “Vətənə xidmətə görə” (3 dəfə) ordenləri və bir sıra digər təltiflərlə mükafatlandırılıb.


 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib