Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
Musavat.com xəbər verir ki, Tatarıstan Prezidenti Rüstəm Minnixanov rəsmi səfərlə Türkiyəyə gedib.
Səfər çərçivəsində Minnixanov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq, ticarət-iqtisadi əlaqələrin inkişafı və regional məsələlər müzakirə olunub.
Tərəflər, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.