Dərc edilib: 02-07-2025

https://www.nuh.az/42149-.html

Lukaşenko Polşa və Baltikyanı ölkələri xəritədən silinməklə hədələdi

02.07.2025 12:21:36

LIVE

Polşa və Baltikyanı ölkələr Ukraynadan sonra daha bir hərbi sınaq poliqonuna çevrilirlər və əgər yenidən dünya xəritəsindən silinmək istəsələr, bu, onların seçimi olacaq.

Musavat.com BELTA-ya istinadənm xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü münasibətilə keçirilən təntənəli iclasda deyib: "Heç kim indi "Hitlerin Avropa Birliyi" adlandırılan birliyin şərq istiqamətində kampaniyasının necə başa çatdığını xatırlamaq istəmir.

Ona görə də Polşa və Baltikyanı ölkələr Ukraynadan sonra özlərinin növbəti hərbi sınaq poliqonuna çevrilməsinə icazə verirlər. Bizim ən yaxın qonşularımız başqa heç bir statusda Qərbin maraq dairəsində deyillər. Əgər onlar dünya xəritəsindən yenidən itmək istəsələr, bu, onların seçimi olacaq"

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib