Dərc edilib: 03-07-2025

https://www.nuh.az/42165-.html

Japarov da Xankəndiyə gəlir

03.07.2025 10:18:39

LIVE

Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Azəbaycana səfər edəcək.

“Qafqazinfo” “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, Japarov 3-4 iyul tarixlərində ölkəmizdə işgüzar səfərdə olacaq.

Qırğızıstan prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək 17-ci sammitində iştirak edəcək.

Həmçinin Japarovun səfəri zamanı Ağdam rayonunda Qırğızıstan tərəfindən tikilmiş “Aykol Manas” məktəbinin rəsmi açılışı keçiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib