Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salınıb.
Lent..az xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində konsert verməli idi.
Emin Ağalarov sosial şəbəkədə məlumat yayaraq konsertin olmayacağını bildirib. O, yeni tarix kimi 2026-cı il iyulun 6-nı göstərib. Əlavə olunub ki, konsertə alınan biletlər yeni tarixdə keçərli olacaq və ya istəyən onu geri qaytara bilər.