Dərc edilib: 03-07-2025

https://www.nuh.az/42171-.html

Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU

03.07.2025 13:14:55

LIVE

Paşinyanın impiçmentinin təşəbbüskarı Ermənistan parlamentində qalmaqal yaradıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, müxalifətçi deputat Aşot Aqazaryan çıxışı zamanı “Rusiya Federasiyasından olan həmkarlarını” Ermənistan hakimiyyətinin yaydığı antirus əhval-ruhiyyəyə uymamağa çağırıb.

Bu bəyanat iqtidarda olan “Vətəndaş sazişi” partiyasının deputatlarının qəzəbinə səbəb olub. Onlar Aqazaryanın çıxışı zamanı “Rəzalət!” şüarları səsləndiriblər. Aqazaryan əsəblərinə hakim ola bilməyərək deputatlara tərəf su butulkası atıb. Nəticədə zaldakı müzakirələr əlbəyaxa dava ilə əvəz olunub, bir neçə deputat zaldan çıxarılıb.

Qeyd edək ki, Aşot Aqazaryan 2024-cü ilin dekabrına qədər “Vətəndaş sazişi”nin üzvü olub, lakin həmin ay partiyadan kənarlaşdırılıb. 2025-ci ilin yazında o, yeni siyasi partiya yaradaraq baş nazir Nikol Paşinyanın impiçmenti təşəbbüsü ilə çıxış edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib