Dərc edilib: 03-07-2025

https://www.nuh.az/42176-.html

Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...

03.07.2025 21:38:39

Siyasət

Prezident İlham Əliyev bu gün Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb.

Musavat.com xəbər verir ki, dövlət başçısına kanat yolunun texniki göstəriciləri barədə məlumat verilib.

Bildirilib ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.

Qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasıda mühüm rol oynayacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib