Dərc edilib: 04-07-2025

https://www.nuh.az/42183-.html

Emoməli Rəhmon Füzulidədir - Yenilənib

04.07.2025 10:00:49

LIVE

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana səfərə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Tacikistan” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Tacikistan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək sammitində iştirak edəcək.

Rəhmonu səfərdə xarici işlər naziri, köməkçiləri və digər rəsmi şəxslər müşayiət edəcək.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ötən gün Azərbaycana səfər ediblər.

***

Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün bu gün Füzuli rayonuna gəlib.

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Prezidentini elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib