Dərc edilib: 04-07-2025

https://www.nuh.az/42187-.html

Ərdoğan Azərbaycana GƏLDİ

04.07.2025 13:56:52

LIVE

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycan Respublikasına səfərə gəlib.

Musavat.com xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib