Trampın sərvəti neçə milyard dollardır?..- Nyu-York Tayms
ABŞ prezidenti Donald Trampın şəxsi var-dövləti hazırda 10 milyard dollardan çox dəyərləndirilir.
Moderator.az-ın yəhudi mediasına istinadla verdiyi məlumata görə, The New York Times" tərəfindən aparılmış araşdırmada Trampın maliyyə vəziyyəti açıq məlumatlar və maliyyə hesabatlarına əsasən qiymətləndirilib.
Hesabatda Trampın böyük əmlakının bir hissəsinin kriptovalyutaya investisiya qoyuluşu nəticəsində formalaşdığı vurğulanır. Xüsusilə, onun "$TRUMP" adlı kriptovalyutaya yatırdığı sərmayə böyük gəlir gətirib. Trampın bu kriptovalyutaya yatırdığı məbləğin hazırda 6,9 milyard dollar civarında olduğu bildirilir.
Bundan əlavə, Trampın kriptovalyuta ticarəti ilə əlaqədar 320 milyon dollardan çox qazanc əldə etdiyi və "World Liberty" adlı digər kriptovalyutaya investisiya qoyaraq, onun potensial dəyərinin yüz milyonlarla dollar olduğu qeyd olunur.
Trampın digər varidatları arasında "Trump Media", yəni "Truth Social" sosial şəbəkəsini idarə edən şirkətin 2 milyard dollar dəyərindəki səhmləri də yer alır. Trampın əmlak sahəsindəki aktivləri isə ümumilikdə 1,3 milyard dollar təşkil edir.