Məhəmməd Rza şahın xanımı Fərəh Pəhləvinin BAKI SƏFƏRİ
Fotoda: Məhəmməd Rza şah və xanımı Fərəh Pəhləvi.
1972-ci ildə Fərəh Pəhləvi SSRİ-yə səfəri çərçivəsində öz istəyi ilə Azərbaycana dəvət olunur. Sovet hökuməti onun bu arzusunu rədd edə bilmir və beləliklə, Fərəh xanım Azərbaycana gəlir. Bakıda onun şərəfinə möhtəşəm bir ziyafət təşkil edilir.
Həmin dövr — 70-ci illərin Sovet hakimiyyəti illəri — sərhədlərin qapalı olduğu, xaricə, xüsusilə də İrana səfər etməyin asan olmadığı bir zaman idi. Məhz belə bir şəraitdə İran nümayəndəsinin, özü də Azərbaycan əsilli şah xanımının Sovetlərə gəlişi böyük maraq doğurur.
Soyuq qış aylarında qarla örtülmüş Rusiyanı yenidən kəşf etmək arzusu şahbanunu Moskvaya gətirir. Əgər 60-cı illərdə həyat yoldaşı ilə etdiyi səfər rəsmi xarakter daşıyırdısa, bu dəfəki səfər “şəxsi” idi və şah olmadan həyata keçirilirdi. Sovet torpaqlarını dolaşan Fərəh Pəhləvinin növbəti ünvanı isə Azərbaycan olur.
Hər kəsin yaxşı bildiyi bir məqam var: o, azərbaycanlıdır və İran şahının həyat yoldaşıdır. Azərbaycana gəlmək Fərəh xanımın böyük arzusu idi və Sovet hökuməti bu arzunu gerçəkləşdirməyə məcbur qalır. Ona “yox” deyə bilmirlər və o, Bakıya təşrif buyurur.
Şahbanunun gəlişi münasibətilə təşkil olunan möhtəşəm konsertdə Azərbaycanın ən tanınmış sənətkarları — Zeynəb Xanlarova, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Rəşid Behbudov, Fidan Qasımova və başqaları çıxış etdilər. Qeyd edim ki, Məhəmməd Rza şahın həyat yoldaşı Fərəh Pəhləvi əslən azərbaycanlıdır.
Məcid Rəşadətoğlu
