Dərc edilib: 06-06-2025

https://www.nuh.az/42215-.html

Qusar rayon Samur bələdiyyəsində nələr baş verib, yaxud Gülnarə Muradxanovanın şər-böhtan məktubları...

06.06.2025 22:06:24

LIVE

29 oktyabr  2024-cü il tarixdə NUH informasiya agentliyi (NUH.az saytı ) Qusar rayonu Samur qəsəbə sakini Muradxanova Gülnarə Qaflanovna tərəfindən dövlət başçısına və digər hökumət üzvlərinə ünvanlanmış, şikayətçinin özünün  dediyi kimi 17-Cİ  ŞİKAYƏT ƏRİZƏSİNİ  olduğu kimi,  nöqtəsinə-vergülünə  toxunmadan dərc etmişdir.

Yəni dərc etdiyimiz  material  bizim redaksiyanın yaradıcılıq məhsulu deyil, konkret olaraq  Gülnarə Muradxanovanın müraciətinin surətidir (kopiyasıdır).

Biz redaksiya olaraq Muradxanovanın müraciətinin MƏZMUNUNA və FORMASINA heç nə əlavə etməmişik.

Onu da qeyd  edək ki, bizdən öncə Gülnarə Muradxanova bu müraciəti  17 dəfə təkrar-təkrar ali dövlət rəhbərliyinə  göndərib.

Muradxanovanın müraciətinin nə qədər həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün redaksiyamız tərəfindən aparılan  araşdırmaya keçməzdən öncə müraciəti  qısa  ixtisarla  xatırlatmaq  istəyirik: 

Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevə,

 Azərbaycan Respublikasının Baş Naziri

Cənab Əli Əsədova

 Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın ərazi-təşkilat məsələləri şöbəsinin müdiri

Cənab Zeynal Nağdəliyevə

 Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Cənab Fuad Ələsgərova

Azərbaycan Respublikasının Ədliyyə Naziri

Cənab Fərid Əhmədova

 Azərbaycan Respublikasının Baş Prokuroru

Cənab Kamran Əliyevə

 Qusar Rayon Prokurorluğuna

 Qusar rayonu Samur qəsəbə sakini Muradxanova Gülnarə Qaflanovna tərəfindən

 

17-ci     Ş i k a y ə t    Ə r i z ə  s i

 

Qusar rayon Samur bələdiyyəsinin sədri  Elnarə Ayıbovanın Cinayət əməlləri barədə məlumat

 Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarına Qusar rayonu Samur bələdiyyəsinin sədri Elnarə Ayıbovanın pul alaraq saxta sənəd verməsi və bələdiyyədə digər qanunsuzluqlar, həmçinin cinayət əməlləri barədə şikayət ərizələrimə ciddi yanaşılmır.

Bu necə ola bilər ki, mən və DİGƏR  ŞİKAYƏTÇİLƏR bələdiyyə sədrinin cinayət əməlləri barədə müraciətlər edirik. Bələdiyyə sədrinin fəaliyyəti yoxlanılmır.

NUH.az olaraq qeyd edirik ki, redaksiyamıza daxil olan rəsmi məlumata görə, sabiq  bələdiyyə sədri Elnarə Ayıbovanın fəaliyyəti  Ədliyyə Nazirliyi tərəfindən yoxlanılıb və müsbət rəy verilib. Hətta Gülnarə Muradxanovanın şikayətləri əsasında  sabiq  bələdiyyə sədri  Elnarə Ayıbovanın fəaliyyəti istintaq orqanları tərəfindən də yoxlanılıb və müsbət rəy verilib. ( Rəsmi sənədlər redaksiyamıza təqdim olunub ).


İndi isə Gülnarə Muradxanovanın qızı, sabiq bələdiyyə sədri  Albina  Muradxanovanın əməllərinə nəzər salaq:

 

Gülnarə Muradxanovanın qızı, keçmiş bələdiyyə sədri  Albina Muradxanovanın  fəaliyyəti yoxlanılıb və  materiallar  Baş prokurorluğa göndərilib.  Onu da qeyd edək ki, Gülnarə Muradxanovanın qızı, keçmiş bələdiyyə sədri Albina Muradxanovanın saxta müqavilə əsasında 17 hektar torpaq sahəsini satması ilə bağlı cinayət işi açılıb.

Ümumiyyətlə, Albina Muradxanova barəsində dəfələrlə məhkəmə qərarları olub. Onlardan bir neçəsini yada salmaq istəyirik:

Vətəndaş  Əskərova Bikə İsrafil qızının şikayəti əsasında Qusar Rayon Məhkəməsinin  04.12.2019-cu il tarixli hökmü ilə bələdiyyənin sabiq sədri Muradxanova  Albina Edik qızı  AR-nın CM-nin 178.2.3 və 313-cü  maddələri ilə təqsirli  bilinərək  4500 ( dörd min beş yüz ) manat  cərimə cəzasına məhkum edilmiş, həmçinin CM-nin 46.2-ci maddəsinə əsasən ona əlavə cəza növü kimi 1 ( bir ) il müddətə  dövlət  və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilmişdir.

Bundan əlavə vətəndaş şikayəti əsasında Albina Muradxanovaya digər məhkəmə qərarı ilə 2 il yarım  icbari cəza verilmişdir.

Sonuncu dəfə  Elnarə Ayıbovanın iddiası əsasında Qusar Rayon Məhkəməsi  Muradxanova  Gülnarə  barəsində   6 ay icbari cəza   hökmü vermişdir.

Yeri gəlmişkən, Elnarə Ayıbova məhkəmənin qərarı ( 6 ay icbari cəza ) ilə razılaşmadığı üçün apellyasiya şikayəti vermis və  08 iyul 2025-ci il tarixdə Apellyasiya Məhkəməsi məsələyə baxacaqdır.


Yəni  Gülnarə Muradxanova öz qızının əməllərini görmək istəmir, amma  Elnarə Ayıbovaya qara yaxmaqla məşğuldur.

İndi isə keçək  Gülnarə Muradxanovanın yazdığı şikayət məktublarındakı  digər hallara:

Gülnarə Muradxanova öz müraciətində yazır ki, bələdiyyə sədri saxta sənədlərlə xeyli  şəxsə  torpaq satıb:

Məlumat üçün qeyd edək ki, həmin şəxslərdən bir neçəsi  redaksiyamıza zəng edərək Gülnarə Muradxanovanın onların barəsində yazdıqlarının yalan və böhtan olduğunu bildiriblər. Hətta Zarina Əzimətova bələdiyyə sədri Elnarə Ayıbovaya zəng edərək  yazılanların böhtan olduğunu bildirib. Zarina Əzimətova hətta  Gülnarə Muradxanovaya zəng edərək onun adını hallandırdığına görə ittiham edib.

Deməli, Gülnarə Muradxanova  böhtan atmaqla məşğuldur.

Gülnarə   Muradxanova  öz  müraciətində yazır:

“Elnarə Ayıbova tüfeyli həyat sürür. Qusarda bunu bilməyən yoxdur. Nə dediyimi yəqin başa düşdünüz”.

Redaksiya olaraq  Gülnarə Muradxanovadan soruşuruq ki, əcəba, sizi  ƏXLAQ POLİSİ təyin ediblər ?

Gülnarə Muradxanova hətta  siyasi şantaja əl ataraq  bələdiyyə sədrini mitinq etmək, etirazlar başlamaq barədə çağırışlarda, dövlətçiliyə  qarşı çıxmaqda  ittiham edir.

Sakinlər arasında apardığımız  şifahi sorğu zamanı sakinlər Elnarə Ayıbovanın dövlətə, dövlətçiliyə bağlı şəxs olduğunu bildirdilər.

Digər tərəfdən Gülnarə Muradxanova yazır ki, Samur  bələdiyyəsində xəzinədar olmadığı üçün Elnarə Ayıbova xəzinədar vəzifəsini özü  icra edir.

Redaksiyanın araşdırması zamanı əldə etdiyimiz rəsmi sənədlərdə bələdiyyənin xəzinədarı vəzifəsini konkret şəxsin icra etdiyi məlum olur.

Deməli bu məsələdə də Gülnarə Muradxanova yalan, böhtan yazmaqla məşğuldur.

Ən dəhşətlisi odur ki, Gülnarə  Muradxanovanın bələdiyyə sədri  Elnarə Ayıbova ilə bağlı kafelərdə, ictimai yerlərdə yaydığı  elanlarda,  saxta  müraciətlərdə  imzası olan şəxslərin bəzilər  lap çoxdan vəfat edib. Bu barədə redaksiyamıza rəsmi sənədlər təqdim olunub.

Təsəvvür edirsiniz, dünyasını dəyişmiş sakinlərin saxta imzası ilə dövlət rəhbərliyinə müraciət.

Bu artıq  sözün bitdiyi yerdir.

Redaksiyamız  bələdiyyə sədri Elnarə Ayıbovya qarşı bu qaralama, şər-böhtan  kompaniyasının arxasında kim(lər)in dayandığını araşdırarkən ortaya  ciddi məlumatlar  çıxdı. 

Məlum oldu ki, vaxtilə Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi, hazırda məhkumluq həyatı yaşayan Cavanşir  Əvəzov vaxtilə Albina Muradxanovanın əli ilə rayonda mənimsədiyi böyük torpaq sahələrini geri qaytarmaq üçün  bu oyunları idarə edir.

Cavanşir Əvəzov və Albina Muradxanovanın qanunsuz  əməlləri barədə  araşdırmamız davam edir.

Bizi izləyin.

NUH informasiya agentliyi səhifəsindən çap edilib