Dərc edilib: 07-07-2025

https://www.nuh.az/42217-.html

Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu

07.07.2025 00:07:44

LIVE

İraqın şimalında bir mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun 19 hərbçisi metan qazından zəhərlənib, 5-i həyatını itirib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 28 may 2022-ci ildə İraqın şimalında Pençe-Kilit Əməliyyatı bölgəsində əməliyyat-axtarış tədbirləri zamanı PKK terrorçularının açdığı atəş nəticəsində Nuri Melih Bozkurt şəhid olub. Həmin vaxt intensiv atəşlə əlaqədar onun meyitini çıxarmaq mümkün olmayıb. Bu gün – iyulun 6-da Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri həyata keçirilib və əməliyyat zamanı 19 əsgər metan qazından zəhərlənib.
Vertolyotla xəstəxanaya yerləşdirilən 19 əsgərdən 5-i həyatını itirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib