Dərc edilib: 07-07-2025

https://www.nuh.az/42225-.html

24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı - Şübhəli qayınatadır

07.07.2025 11:11:36

LIVE

İyulun 6-sı saat 18 radələrində Qobustan rayonunda qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Təklə kəndindəki evdə 2001-ci il təvəllüdlü Günel Rasim qızı Ağabəyli bıçaqlanaraq öldürülüb. Onun qayınanası 1959-cu il təvəllüdlü Sevil Ağayevanın isə baş və əl nahiyələrinə bıçaqla xəsarətlər yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən G.Ağabəylinin qayınatası 1957-ci il təvəllüdlü Orucağa Sətdar oğlu Ağayev polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə saxlanılıb.

Xəstəxanaya yerləşdirilmiş S.Ağayevanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır

NUH informasiya agentliyi səhifəsindən çap edilib