SON DƏQİQƏ: Putinin generalı və heyəti Bakıda! Bu gün nələr müzakirə ediləcək?
Rusiya Dövlət Dumasının üzvü Mixail Matveyev miqrantları filtrdən keçirməyin yeni üsulunu – “svetofor” prinsipindən istifadə etməyi təklif edib. O, “Tsarqrad” telekanalına müsahibəsində danışıb.
Onun fikrincə, fabriklərdə və tikinti sahələrində məqsədyönlü şəkildə əcnəbi işçilərin işə götürülməsini təşkil etmək olar, lakin miqrantların əksəriyyəti xidmət sektoruna girib “kuryer, taksi sürücüsü və ya başqa qeyri-adi işlərdə” işləməyə çalışırlar ki, onlara nəzarət etmək daha çətin olacaq.
"Ona görə də bütün mənşə ölkələr, bu ölkələrdən olan insanların törətdiyi cinayətlərin sayına görə qırmızı, sarı və yaşıl zonalara bölünməlidir. Məqsədli işə qəbul "yaşıl" ölkələrdən gələnlərə şamil oluna bilər. Amma bu məsələ bizim iş adamları tərəfindən nəzərə alınmır", - deputat bildirib.
Rusiya xüsusi xidmət orqanlarına yaxın olan “VÇK-OGPU” “Telegram” kanalı isə məlumat yayıb ki, hökumətə məxsus “Süperjet”in göyərtəsində fövqəladə hallar naziri Aleksandr Kurenkov var. O, Azərbaycan tərəfi ilə ikitərəfli münasibətlərin nizamlanması məsələsinə dair qeyri-rəsmi danışıqlar aparmalıdır.
Daha əvvəl “VÇK-OGPU” məlumat vermişdi ki, “Moskvada iki ölkə arasında yaranmış münaqişəni qeyri-rəsmi yolla həll etmək məqsədilə Bakıya göndəriləcək nümayəndə heyəti hazırlanıb. Bildirilirdi ki, Putinin məktubu təqdim olunacaq və həbs olunan şəxslərin “mübadiləsi” ilə bağlı təklif də irəli sürülə bilər”.
Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrində vətəndaşlığı olmayan şəxslərin xidmət etməsini qanuni şəkildə mümkün edən yeni qanunu imzalayıb.
Bununla da artıq yalnız Rusiya vətəndaşları deyil, vətəndaşlığı olmayan şəxslər də rəsmi olaraq Rusiya ordusuna qəbul oluna biləcəklər.
Bu addım əslində Moskvanın ciddi kadr və əsgər ehtiyatı böhranı yaşadığını açıq şəkildə göstərir. Çünki Kreml klassik səfərbərlik yolu ilə ordunu doldurmaq istəmir və ya buna siyasi cəsarəti çatmır. Ekspertlər bildirir ki, əgər Putin ümumi səfərbərlik elan etsə, Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərdə yaşayan ruslar küçələrə çıxıb etiraz edə bilər. Bu isə rejim üçün olduqca risklidir.
Bununla yanaşı, ən narahatedici məsələ vətəndaşlığı olmayan əmək miqrantlarının, yəni bazarlarda, küçələrdə, tikintilərdə çalışan minlərlə insanın artıq kütləvi şəkildə toplanaraq orduya göndərilməsi ehtimalıdır.
Bu proses qismən artıq başlayıb. Məlum olduğu kimi, ötən aylarda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırıkin açıqlamışdı ki, indiyədək 20.000-dən çox heç bir vətəndaşlığı olmayan miqrant zorla Ukrayna ilə döyüş bölgələrinə aparılıb.
TVMusavat-ın bu gün saat 11:00-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Qədir Aslanla müzakirə edir.