Dərc edilib: 08-07-2025

https://www.nuh.az/42241-.html

Onları vəzifəyə Prezident təyin edəcək - İLK DƏFƏ

08.07.2025 13:37:29

Siyasət

Naxçıvanda icra başçılarını Prezident təyin edəcək.

NUH.az   xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçıları Naxçıvan MR Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin ediləcək.
 
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri səlahiyyətləri sırasına Naxçıvan MR-də yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Azərbaycan Prezidentinə təqdimat vermək daxil edilir.
Qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib