Dərc edilib: 10-07-2025

https://www.nuh.az/42257-.html

Ərdoğan xalqa müraciət edəcək

10.07.2025 09:47:32

Hadisə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü tarixi çıxış edəcək.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə hakim AK Partiyanın sözçüsü Ömər Çelik bildirib.

“Prezidentimiz şənbə günü səhər tarixi çıxış edəcək. Mən bütün vətəndaşlarımızı şənbə günü səhər o çıxışı dinləməyə dəvət edirəm”, - deyə Çelik qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib