Pul üçün Rus ordusuna yazılan azərbaycanlı Əliquliyev peşmandır: Prezidentə deyin, məni qurtarsın
Goranboy rayon sakini Şəhruz Əliquliyev İsrail oğlu Rusiyadan Azərbaycan dövlətinə müraciət edib.
Musavat.com onun sosial şəbəkələrdə yayılan videomüraciətinə əsasən xəbər verir ki, Ş.Əliquliyev Sankt-Peterburqda pul müqabilində Rusiya Ordusuna cəlb olunub, hazırda Kamenka şəhərindəki hərbi poliqondadır.
Azərbaycan vətəndaşı pula aldandığını, laki səhvini anladığını bildirərək Azərbaycan dövlətinin başçısından onun Vətənə qaytarılmasına yardım etməsini xahiş edir.