Dərc edilib: 13-07-2025

https://www.nuh.az/42304-.html

Polşada azərbaycanlıların yaşadığı hostelə polis basqını – Neməti axtarırlar

13.07.2025 00:55:43

LIVE

Polşanın Olştin şəhərində azərbaycanlıların məskunlaşdığı hostelə polis basqın edib.

Musavat.com xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hosteldə yaşayan azərbaycanlılara qarşı əməliyyat keçiriblər. Məlumata görə, onlar Nemət adlı azərbaycanlını axtarıblar.

Hazırda Nemətin hansı səbəbdən axtarışa verildiyi açıqlanmasa da, Polşa polisi onu ölkə ərazisində rəsmi şəkildə axtarışa verib. Hadisə zamanı saxlanılanların və ya zərərçəkənlərin olub-olmadığı barədə isə hələlik məlumat verilmir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib