Dərc edilib: 14-07-2025

https://www.nuh.az/42316-.html

Xocalının bu kəndlərinə İLK KÖÇ olacaq

14.07.2025 00:24:35

LIVE

Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə ilk köç olacaq.

Sakinlər iyulun 24-də doğma yurdlarına yola salınacaqlar.
Həm Təzəbinə, həm də Xanyurdu kəndləri işğaldan azad edildikdən sonra yenidən qurulub. Hər iki yaşayış məntəqəsində evlər, məktəb, uşaq bağçası, sosial müəssisələr əsaslı təmir olunub, lazımi infrastruktur yaradılıb, təmizlik və digər abadlıq işləri görülüb./Teleqraf

NUH informasiya agentliyi səhifəsindən çap edilib