Amerikalı milyarderin SON sözləri: Uşaqlarınıza VARLI olmağı yox, XOŞBƏXT olmağı öyrədin
Amerikalı milyarder, ixtiraçı, dizayner “Apple” şirkətinin banisi Stiv Cobsun SON sözləri: Xəstə vəziyyətdə çarpayıda uzananda bütün həyatımı yada salır, anlayıram ki, məşhurluğum və sərvətim qaçılmaz ölüm qarşısında mənasızdır.
Maddi şeyləri tapmaq, almaq olar. Amma bir şey var ki, onu tapmaq və almaq olmaz - bu, həyatdır. Özünüzlə yaxşı baxın və başqalarına hörmət edin. Yaşa dolduqca daha ağıllı oluruq və tədricən başa düşürük ki, qiyməti 30 dollar olan saatla 300 dollarlıq saat eyni vaxtı göstərir. Gedəcəyimiz yol və məsafə 150 min dollarlıq avtomobildə də 30 min dollarlıq avtomobildə də eynidir və eyni yerə çatırıq.
Mübahisəsiz faktlar: Uşaqlarınıza varlı olmağı yox, xoşbəxt olmağı öyrədin. Belə böyüyəndə şeylərin qiymətini yox, dəyərini biləcəklər.
Yeməyi dərman kimi yeyin, əks təqdirdə dərmanı yemək kimi yeyəcəksiniz. O şəxs ki sizi sevir, heç vaxt tərk etməyəcək, hətta bunun üçün əsas olsa da. İnsan olmaqla insanpərvər olmaq arasında fərq böyükdür. Əgər sürətlə getmək istəyirsinizsə tək gedin, uzağa getmək istəyirsinizsə, birlikdə gedin.
Dünyanın altı ən yaxşı həkimi:
1. Günəş işığı
2. İstirahət
3. İdman
4. Pəhriz
5. Özünüzə əminlik
6. Dostlar
Onları həyatın bütün mərhələlərində saxlayın və sağlam həyatdan zövq alın.
Anar Tağıyev paylaşıb.