Dərc edilib: 14-07-2025

https://www.nuh.az/42325-.html

37 ildir AYB-nin sədriyəm, söz verdiyim kimi vəzifəmdən GEDİRƏM, qoy sevincləri artıq olsun - ANAR

14.07.2025 12:58:08

Mədəniyyət

“Yazıçılar Birliyinin sədri vəzifəsindən getməyi hamıdan birinci özüm arzulayıram. Bilirəm, nə vaxtsa bu xəbərə sevinəcəklər. Qoy onlar sevinsinlər, sevincləri artıq olsun. Mənim də sevincim olacaq ki, söz verdiyim kimi 3 ildən sonra, qurultay olan kimi birliyin sədri vəzifəsindən gedəcəm”

 
Bunu Moderator.az -a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib. O daha sonra bildirib ki, heç bir birlik və ittifaq ev vermir:
 
“Siz heç eşitmisinizmi kimsə Rəssamlar İttifaqından, Bəstəkarlar İttifaqından ev alsın? O qurumlar ev vermir. Gərək biz də verməyək də. Biz indi humanistlik göstərib ev veririk, yenə də bizim başımızda çatlayır. 37 ildir Yazıçılar Birliyinin sədriyəm, 100 yazıçıya ev vermişəm. Bir hissəsi Sovet illərində, bir hissəsini isə müstəqillik illərində hədiyyə etmişik. 100 adama verirsən, 200 adam narazı qalır” deyə o bildirib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib