Dərc edilib: 15-07-2025

https://www.nuh.az/42330-.html

Tibbin atası İbn-i Sina-dan şəkər xəstəliyinə çarə

15.07.2025 11:01:51

LIVE

Tibbin atası olaraq tanınan İbn Sina min il əvvəl yazdığı məşhur “Tibbi Qanun” əsərində bir çox xəstəliklərin təbii müalicəsini təqdim edir.

Bu bitkilərdən biri də zəncirotudur. O, xüsusilə diabet xəstələri üçün bu bitkini tövsiyə edib.

Zəncirotu nədir və niyə bu qədər vacibdir?

Zəncirotu (latınca adı: Taraxacum officinale), papatyagillər ailəsinə aid, sarı çiçəkləri və yaşıl yarpaqları olan faydalı bir bitkidir. Zəngin vitamin və minerallarla dolu olan bu bitki, qaraciyər və böyrək sağlamlığı, həzm sisteminin dəstəklənməsi, ana südünün artırılması və dərinin təmizlənməsi baxımından çox faydalıdır.

İbn Sina zəncirotunun qan şəkərini tarazlaşdırmaq və diabetin qarşısını almaq üçün istifadə edilə biləcəyini bildirib. Müasir tədqiqatlar da bu fikri dəstəkləyir – zəncirotu insulin ifrazını dəstəkləyir və qlükoza səviyyəsini tənzimləməyə kömək edir.

Zəncirotunun digər faydaları:

Qaraciyəri təmizləyir, sarılıq zamanı faydalıdır

Böyrəklərin fəaliyyətini artırır, sidikqovucudur

İmmunitet sistemini gücləndirir

Sümük sağlamlığını dəstəkləyir

Dəriyə parlaqlıq verir, sızanaqları azaldır

Xolesterolu tənzimləyir

Orqanizmdə təbii detoks təsiri yaradır

Xərçəngə qarşı qoruyucu təsiri araşdırılır

Necə istifadə olunmalıdır?

Zəncirotu müxtəlif formalarda istifadə edilə bilər:

Təzə yarpaqları salatlara əlavə oluna bilər

Qurudulmuş kök və yarpaqlardan çay hazırlanaraq içilə bilər

Yeməklərə qatılaraq və ya təbii əlavələr şəklində istehlak oluna bilər

Zəncirotu çayı necə hazırlanır?

Lazım olanlar:

6 xörək qaşığı qurudulmuş zəncirotu kökü

6 xörək qaşığı qurudulmuş zəncirotu yarpağı

4 stəkan su

Hazırlanması:

Bütün inqrediyentləri suya əlavə edib 10-15 dəqiqə qaynadın. Süzüb gün ərzində 1-2 stəkan içmək olar.

Qeyd: Hamilə qadınlar, süd verən analar və xroniki xəstəliyi olan şəxslər bu bitkini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.//E-saglam.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib