Dərc edilib: 18-07-2025

https://www.nuh.az/42345-.html

Rusiya Kilsəsi: Seks cənnətə aparan yoldur

18.07.2025 01:56:03

LIVE

Musavat.com xəbər verir ki, Rusiya Pravoslav Kilsəsi (RPK) bu dəfə də insanları günaha yox, “cənnətə” aparan yolu göstərib – özü də çox orijinal şəkildə. Kilsənin rəsmi nümayəndəsi, iyromonax (rahib) Makariy bəyan edib ki, nikah daxilindəki seks təkcə məqbul deyil, birbaşa cənnətə gedən yolun özüdür!

“Ər-arvad arasında cinsi yaxınlıq normal haldan da artıqdır – bu, Tanrının verdiyi nemətdir. Bu nemət həm ruhən, həm bədənən insanı yüksəldir, münasibətləri möhkəmləndirir, insanı ‘cənnət halına’ yaxınlaşdırır,” — deyə rahib Makariy bildirib.

Kilsənin təliminə görə, seks yalnız nikah daxilində “qəbul olunandır”. Evlilikdənkənar münasibətlər isə günah, hətta qırmızı kartlı “mənəvi ofsayd” sayılır.

Amma RPK-nın bu çıxışı dindar auditoriyanı bir qədər çaşdırıb. Çünki əvvəllər “susmaq qızıl” prinsipini seksual mövzularda da tətbiq edən kilsə, indi “sevgili möminlər, yataq otağınızı da ruhani məbədə çevirin” çağırışı ilə çıxış edir.

Ekspertlər bu bəyanatın arxasında Rusiya cəmiyyətində ailə institutunun çökməsinə qarşı bir “strategiya” olduğunu deyirlər. Cəmiyyət dağılır, nikahlar azalır, doğum səviyyəsi enir, amma bəlkə də yataq otağında yenidən “dirçəliş” başlaya bilər?

Qeyd edək ki, rahib Makariy bu bəyanatı ilə həm də ortodoksal kilsə ilə “ortopedik həqiqətlər” arasında körpü salıb — sağlam ruh sağlam bədəndədir, amma bu bədən mütləq nikah möhürü ilə təmin olunmalıdır.

Sonda belə çıxır ki, cənnətə getmək istəyənlər ilk növbədə evlənməli və… öhdəliklərini sevə-sevə yerinə yetirməlidirlər. Yoxsa qapı bağlı ola bilər.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib