Dərc edilib: 18-07-2025

https://www.nuh.az/42348-.html

Alen Simonyan boşaldı - Modellə sevgilidir

18.07.2025 10:26:51

LIVE

Ermənistan parlamentinin spikeri Alen Simonyan həyat yoldaşı Mariam Marqaryandan boşanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Irakanum” nəşri məlumat verib.

Bildirilib ki, boşanma ərizəsi bir neçə ay əvvəl verilib və hazırda proses yekunlaşıb.

Qeyd olunub ki, qərar tərəflərin qarşılıqlı razılığı əsasında qəbul edilib.

Simonyan özü də nəşrə boşanma faktını təsdiqləyib və baş verənlərdən təəssüfləndiyini qeyd edib. 

Həmçinin Ermənistan KİV-də yayılan xəbərə görə, Alen Simonyan hazırda yaxın dostunun qızı, 25 yaşlı model Anelya Qubryanla münasibətdədir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib