Paşinyan tərəfdarlarını II Qaregini Eçmiəzdindən QOVMAĞA çağırdı: Hazır olun!
Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarını Eçmiədzin Ana taxtındakı iqamətgahı bütün ermənilərin katolikosu II Qaregindən boşaltmağa hazır olmağa çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
O, II Qareginin subaylıq andını pozduğunu deyib, buna görə ermənilərin katalikosu postuna layiq olmadığını bildirib: "Biz bunu birlikdə edəcəyik. Hazır olun".