Qədim Romada qızlar neçə yaşında ərə verilirdi? - Bu gün vəhşilik kimi görünür
Bütün dövrlərdə qadınlar və kişilər arasında nikah bağlanıb, lakin bu prosesin qaydaları dövrə və xalqa görə dəyişib.
Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, qədim romalıların da nikahla bağlı özünəməxsus qaydaları var idi – onların arasında elələri var ki, müasir cəmiyyət üçün tamamilə qəbuledilməz görünür.
Qızlar 12 yaşında ərə verilirdi
Qədim Romada qızlar çox erkən yaşda - təxminən 12 yaşında ərə verilirdi. Onların nişanlıları isə adətən 14 yaşında olurdu. Lakin daha tipik nikahlar 20 yaşlı qadınlar ilə 30 yaşlı kişilər arasında bağlanırdı. Nikah mərasimi yalnız yas və ya fövqəladə hallar səbəbilə təxirə salına bilərdi.
Qədim Roma nikah formaları
Romalılar nikah üçün əsasən iki formalı üsuldan istifadə edirdilər:
Koemptsio (Coemptio) – əsasən plebeylər, yəni aşağı sinifdən olanlar üçün nəzərdə tutulmuşdu. Bu söz tərcümədə "alqı-satqı” deməkdir və bu nikah forması qadının əri tərəfindən simvolik şəkildə "alınmasını” əks etdirirdi. Qız üç mis sikkə (ass) gətirirdi: ikisi ailənin ev qoruyucu tanrılarına qurban verilirdi, üçüncüsü isə bəyin özünə təqdim olunurdu. Bu, həm də Yunona – ailə və nikah ilahəsinin qızı yeni ailəyə gətirdiyi rəmz sayılırdı.
Konfarreasiya (Confarreatio) – yalnız patrisilər və yuxarı sinif nümayəndələri üçün idi. Bu, dini mərasimlə keçirilən rəsmi nikah idi. Nikah Yupiterə qurban və müqəddəs buğda çörəyi ilə müşayiət olunurdu. Burada boşanma imkansız sayılırdı.
Mərasimin özəllikləri
Gəlin bu mərasimə qırmızı örtük (velum flammeum) taxaraq gəlirdi. O və bəy əl-ələ tutaraq Yupiterə qurban verirdilər. Gəlinin saçları xüsusi nizə formalı daraqla altı hissəyə ayrılırdı.
Sonra gəlin şən bir dəstə ilə bəyin evinə aparılırdı. Qapılar zeytun yağı ilə yağlanır, giriş bəzədilirdi. Gəlin eşikdən qaldırılaraq keçirilirdi. Ardınca aşkar şəkildə açıq-saçıq mahnılar və təntənəli ziyafət baş tuturdu.
Üçüncü nikah forması - "uzus"
Zamanla daha sadə və daha universal üçüncü forma – "uzus” adlı mülki nikah yaranıb. Bu zaman kişi və qadın bir il eyni evdə yaşamalı idi. Lakin qadın üç gecədən artıq ərinin evindən kənarda qalarsa, nikah hüquqi baxımdan pozulmuş sayılırdı və o, bu nikahdan azad edilirdi.