Dərc edilib: 24-07-2025

https://www.nuh.az/42414-.html

Polşa Belarusla sərhədə 5 metr hündürlükdə DİVAR çəkdi

24.07.2025 08:52:51

Maraqlı

Polşa Belarusla bütün sərhəd boyu elektron maneə adlandırılan baryerin - videomüşahidə və hərəkət sensorları olan monitorinq sisteminin quraşdırılmasını başa çatdırıb.

Musavat.com xəbər verir ki, bunu ölkə mediasına Polşanın daxili işlər naziri Tomaş Siemonyak açıqlayıb: "Bir neçə gün əvvəl, iyulun 20-də Belarusla sərhədin bütün hissəsi boyunca elektron şlaqbaumun tikintisi başa çatıb - videomüşahidə kameraları və hərəkət sensorları quraşdırılıb".

2022-ci ildə Polşa hakimiyyəti 180 km-lik hissə boyunca sərhəddə 5,5 m hündürlüyündə metal maneə quraşdırıb. Divar yuxarıdan tikanlı məftillə örtülüb. Bütün sərhəd boyu hərəkət sensorları və istənilən hava şəraitinə uyğun videokameralar olan postlar quraşdırılıb. 2024-cü ildə bu maneənin müasirləşdirilməsi, eləcə də çaylarda “elektron maneə”nin yaradılması üzrə işlərə başlanılıb.

Polşa bu addımı Rusiya və Belarusun hibrid müharibəsinə qarşı 2021-ci ildən sonra atmaq qərarına gəlib. Çünki həmin ildən başlayaraq, Belarus ərazisindən Yaxın Şərqdən olan qaçqınların Polşaya kütləvi axını başlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib