Dərc edilib: 25-07-2025

https://www.nuh.az/42431-.html

Vüqar Qurbanov baş direktoru işdən çıxardı (FOTO)

25.07.2025 12:12:34

LIVE

"Qusar Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin baş direktoru Kamil Hacıyev vəzifəsindən azad olunub.

NUH.az   Bizim.media-ya istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov əmr imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddiası yayılmışdı. Məlumata görə xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib