Dərc edilib: 27-07-2025

https://www.nuh.az/42449-.html

Türkiyə ən güclü bombasını sınaqdan keçirdi

27.07.2025 02:13:15

LIVE

Türkiyə tarixindəki ən güclü qeyri-nüvə hava bombasını sınaqdan keçirib.

Musavat.com xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, bir ton ağırlığında olan bu termobarik yüklü bomba Mk.84 bazasında hazırlanıb və “GAZAP” adı ilə təqdim edilib.

Cəmi 907 kiloqram ağırlığında olan və dağıdıcı gücü ilə seçilən sursatın sınaqları IDEF 2025 müdafiə sərgisi çərçivəsində nümayiş etdirilib.

Qeyd edək ki, Türkiyə son illərdə müdafiə sənayesində əldə etdiyi nailiyyətlərlə beynəlxalq diqqəti üzərinə çəkməyə davam edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib