Dərc edilib: 27-07-2025

https://www.nuh.az/42453-.html

Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO

27.07.2025 11:57:31

LIVE

Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində məsciddə dəhşətli qətl hadisəsi baş verib.


NUH.az   Bakupost-a istinadən xəbər verir ki, hadisə bu gün saat 16 radələrində dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda qeydə alınıb.

1990-cı il təvəllüdlü Səfərov Nadir Səfər oğlu yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib.

Ona 30-a yaxın bıçaq zərbəsi vurulub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Məmmədov Elvin Elşad oğlunu saxlayıblar.

Məlumata görə, qətlə yetirilənin qəsəbədə hörmətli şəxs olduğu bildirilir.

Qətli törədən şəxs isə Vətən müharibəsi iştirakçısı, qazidir.

Faktla bağlı araşdırma aparılır. 

 

Bakupost.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib