Dərc edilib: 27-07-2025

https://www.nuh.az/42460-.html

Mikayıl İsmayılovun polis rəisi olan qardaşı -uzaq Pirallahıdan Bakının mərkəzinə- vəzifəyə gətirilir...

27.07.2025 23:59:18

LIVE

Mikayıl  İsmayılovun polis  rəisi  olan qardaşı  Cümşüd İsmayılov “uzaq Pirallahıdan Bakının mərkəzinə” mühüm vəzifəyə gətirilir...

Qısa məlumat üçün qeyd edək ki, SOCAR-ın sabiq  vitse-prezidenti  Mikayıl  İsmayılovun qardaşı Cümşüd İsmayılov qısa vaxtda bölmə rəisinin müavini vəzifəsindən  Polis İdarəsinin rəisi vəzifəsinədək  yüksəlib.

Belə ki, 2012-ci ildə  Bakının Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəis müavini işləyən Cümşüd İsmayılov  Qax Rayon Polis Şöbəsinə rəis təyin edilib.  Təsəvvür edirsiniz, Bölmə rəisinin müavini   Rayon Polis şöbəsinə rəis təyin edilir.

Bu hələ  harasıdır ?

Cəmi 3 il sonra, yəni 2015-ci ildə  Cümşüd  İsmayılov Bakıya daha mühüm vəzifəyə gətirilir. Yəni Bakının Pirallahı Rayon Polis Şöbəsinə ( indi İdarəsinə ) rəis təyin olunur. Və hazırda həmin vəzifədə çalışır.

Əlbəttə, Cümşüd İsmayılovun sürətli karyera yüksəlişində qardaşı, SOCAR-ın  o zamankı vitse-prezidenti Mikayıl İsmayılovun  mühüm rolu olub.

Redaksiyamıza  daxil olan məlumata görə, Mikayıl İsmayılov yaxın çevrəsində deyib ki, yaxın zamanda qardaşı  Cümşüd  İsmayılovu  “ uzaq Pirallahıdan Bakının mərkəzinə”  mühüm  vəzifəyə  gətirəcək.

Mikayıl  İsmayılov   özünün isə daha  mühüm vəzifəyə təyin olunacağını gözləyir.

Mövzu  ilə bağlı  media üzərindən apardığımız qısa araşdırma zamanı Cümşüd İsmayılov  barəsində xeyli neqativ yazılara rast gəldik.

Belə ki, həmin  yazılarda  Cümçüd  İsmayılovun sadə vətəndaşların torpaqlarını zəbt etməsi və qardaşı ilə birləşərək rayonda böyük biznes qurması yer alıb.  

Pirallahıda balıqçılıqla məşğul olan şəxslər də Cümşüd İsmayılovdan narazılıq  edirlər. Hətta Cümşüd İsmayılovun  özünün şəxsi  taksi şəbəkəsi də fəaliyyət göstərir  və s.

Maraqlıdır ki, mediada  yayılan bu xəbərləri qarşı tərəf təkzib etməyib.

Mikayıl İsmayılovun  özünün yaxın zamanda  hansı mühüm  dövlət  vəzifəsinə  təyin olunacağı da maraqlı məsələdir.

Bizi izləyin. 



NUH informasiya agentliyi səhifəsindən çap edilib