Dərc edilib: 28-07-2025

https://www.nuh.az/42462-.html

Qazaxıstanda NİQAB TAXMAQ QADAĞAN EDİLDİ

28.07.2025 10:23:23

LIVE

Qazaxıstan hakimiyyəti niqab və üzü örtən digər geyimlərin taxılmasının qadağan edilməsini ictimai təhlükəsizliyin təmin edilməsi ilə izah edib.

Qanuna edilən dəyişikliyin məqsədinin də vətəndaşların hüquq və azadlıqlarına, o cümlədən dini etiqad azadlığına toxunulmadan şəxslərin müəyyən edilməsi və ictimai asayişin təmin edilməsi olduğu bildirilib.

Lakin əlverişsiz hava şəraitində, tibbi göstərişlərə görə, əgər bunlar hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə idman və mədəni-kütləvi tədbirlərin iştirakçılarıdırsa, üzün örtülməsi qadağan edilmir.

İnsanın üzünü örtməyən hicab kimi dini geyim elementlərinə yeni qanunda toxunulmur.

Qeyd edək ki, iyunun sonunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sifətin tanınmasına mane olan geyimlərin, xüsusən də niqabın geyinilməsini qadağan edən qanun imzalayıb.(Publika.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib